Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Seyidqışlaq kəndində səyyar qəbul keçirilmişdir.

26 dekabr 2019 | 08:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin növbəti səyyar görüş-qəbulu Seyidqışlaq kəndində keçirilmişdir. Görüşdə RİH-nin məsul işçiləri, hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Görüş-qəbulu açan rayon icra hakimiyyətinin başçısı kənd sakinlərinə Prezident İlham Əliyevin tapşırığına əsasən rəhbər işçilərin əhali ilə keçirdikləri səyyar görüşlərin əhəmiyyətindən danışmış, belə tədbirlərin yerlərdə görülmüş və görüləcək işlərlə daha yaxından tanış olmaq, əhalini narahat edən problemləri daha dərindən öyrənmək üçün yaxşı imkan yaratdığını diqqətə çatdırmışdır. RİH-nin başçısı tədbir iştirakçılarına Prezident İlham Əliyevin rəhbərliyi ilə ilin ötən dövrü ərzində ölkədə və rayonda həyata keçirilən sosial-iqtisadi və abadlıq-quruculuq işləri barədə məlumat vermişdir. Kənd ictimaiyyətinin nümayəndələri dövlət başçısının apardığı islahatların, ölkədə və rayonda görülən işlərin, həyata keçirilən layihələrin möhtəşəmliyini dərk etdiklərini bildirərək, bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər. Çıxış edənlərdən Həzi Umarov, İlqar Məmmədov, Yanvar Həmidov, Ağarza Ağayev, Qurban Bədəlov, Ətraf Cavadov və başqaları RİH-nin başçısından Vəndam-Seyidqışlaq yolunun asfaltlaşdırılmasına, kəndin içməli su ilə təminatının yaxşılaşdırılması üçün yeni artezian quyusunun qazılmasına, işıq xətlərinin yenilənməsinə, Vəndam çayının yaşayış məntəqəsinin ərazisindən keçən hissəsinin qum-çınqıldan təmizlənməsinə, çayın üzərində körpü inşa edilməsinə və kəndə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər. Çıxışlarda qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə əlaqədar təşkilatların rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.

Keçidlər