18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar tədbir keçirilib
Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə "18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar "Tarixi abidələrimizi tanıyaq və mühafizə edək" adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi qədim tarixi özündə əks etdirən ərazilərdən biridir və arxeoloji qazıntılar bunu bir daha sübut edir. Bütün arxeoloji nəticələr göstərir ki, Azərbaycanda yaşamış insanların keçdikləri keşməkeşli və şərəfli yol qədim yaşayış məskənləri və çoxsaylı abidələrdə dərin iz qoyub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi çərçivəsində ölkə ərazisində yerləşən bütün tarixi abidələr bir daha diqqətə gətirilir, memarlıq mədəniyyəti ənənələri yaşadılması məqsədilə mühüm işlər görülür. Yaşadığımız dövrə gəlib çatan bu abidələr hazırda çox qiymətli nümunələr kimi qorunur. Tədbir çərçivəsində Qəbələ rayon ərazisində yerləşən tarixi abidələr haqqında geniş məlumat verilmiş və video-material nümayiş olunmuşdur.













