Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib

18 oktyabr 2024 | 10:42

17 oktyabr 2024-cü il tarixində Qəbələ rayon Heydər Əliyev Mərkəzi, GİKM-in Qəbələ nümayəndəliyi və Qəbələ regional "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə "Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır" adlı tədbir keçirilib. Tədbirdə öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən söz açaraq müstəqilliyimizin möhkəmləndirilməsi dönəmində ölkəmizdə dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində görülən böyük işlərin dünyaşöhrətli siyasətçi, xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsi olduğunu vurğulamışlar. Sonda məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, Ulu Öndərə və müstəqilliyin bərpası gününə həsr olunmuş kitab sərgisinə baxış keçirilib.

Keçidlər