Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“18 oktyabr- Müstəqilliyin Bərpası Günü”nə həsr edilmiş yeniyetmə və gənclər arasında güllə atıcılığı üzrə rayon birinciliyi keçirilib

18 oktyabr 2023 | 16:32

18 oktyabr 2023-cü il tarixdə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Rayon Təhsil Sektorunun və Qəbələ Atıcılıq Klubunun dəstəyi ilə Atıcılıq Klubunda yeniyetmə və gənclər arasında pnevmatik tüfəngdən güllə atıcılığı üzrə rayon birinciliyi keçirilmişdir. Keçirilən yarışda rayonun 28 tam orta məktəblərindən 90-dək idmançı mübarizə aparmış, yekun nəticəyə əsasən Qəbələ şəhər 3 saylı tam orta məktəbin komandası I yer tutaraq kubokun sahibi olmuş, Uludaş kənd tam orta məktəbin komandası II yeri və Qəbələ şəhər 1 saylı tam orta məktəbin komandası III yeri tutmuşdur. Fərdi mübarizədə isə I, II və III yerləri tutmuş oğlan və qızlar idarənin sertifikatları ilə mükafatlandırılmışlar.

Keçidlər