Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Chenot Palace Qabala" xarici mətbuatda.

10 yanvar 2020 | 16:00

Almaniyanın “Redspa” internet portalında "Chenot Palace Qəbələdə müalicə" sərlövhəli məqalədə Azərbaycanın Qəbələ rayonunda yerləşən “Chenot Palace Qabala” istirahət və sağlamlıq mərkəzindən söz açılır. Məqalədə Azərbaycana gələn turistlərə ilk öncə paytaxt Bakı şəhərinin UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhər ilə tanış olmaq tövsiyə edilir. Azərbaycanda gəzməli-görməli yerlərin Bakı şəhəri ilə məhdudlaşmadığı, şəhərdən cəmi üç saatlıq məsafədə öz təbiətinin gözəlliyi ilə buraya gələn qonaqları heyran edən Qəbələ şəhərinin yerləşdiyi qeyd olunur. 2016-cı ildə burada istifadəyə verilən “Chenot Palace Health und Wellness Hotel” sağlamlıq və istirahət mərkəzinin 6 min kvadratmetrlik sahəsi, 72 qonaq otağı, üç villa və xüsusi ozon vannası olan fərdi Spaya malik olduğu bildirilir. Turistlərin istirahət mərkəzindən kənarda yerləşən Qəbələ rayonu və Qafqaz dağlarının təbii gözəllikləri, şəlalələri ilə tanış olmaq imkanının olduğu da vurğulanır.

Keçidlər