Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Nohurqışlaq kənd inzibati ərazi nümayəndəliyində hesabat yığıncağı keçirilib.

15 yanvar 2020 | 07:00

Nohurqışlaq kəndində keçirilən hesabat yığıncağında rayon icra hakimiyyəti başçısının həmin inzibati ərazi dairəsi üzrə səlahiyyətli nümayəndəsi Babək Məsimov 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə edib. Hesabat məruzəsində bildirilib ki, rayonun bütün yaşayış məntəqələri kimi Nohurqışlaq kəndində də 2019-cu ildə abadlıq quruculuq işləri davam edib. Əhali fasiləsiz elektrik enerjisi, içməli və suvarma suyu ilə təmin olunub, kəndarası yollar qaydaya salınıb. Məlumat verilib ki, kənd əhalisi əsasən heyvandarlıq, bağçılıq və əkinçiliklə məşğuldur. 2019-cu ildə fermerlərə dövlət tərəfindən göstərilən qayğı sayəsində yüksək məhsuldarlıq əldə olunub. 2020-ci ilin taxıl məhsulu üçün payızlıq əkinlər mütəşəkkil və aqrotexniki qaydada aparılıb. İcra nümayəndəsi hesabat məruzəsində 2020-ci ildə qarşıda duran vəzifələr barədə də yığıncaq iştirakçılarına ətraflı məlumat verib. Hesabat iclasında çıxış edən kənd sakinləri inzibati ərazi nümayəndəliyinin fəaliyyəti haqqında fikirlərini söyləyib, kənddə həayata keçirilməli olan işlər barədə təkliflərini bildiriblər. Yığıncaqda iştirak edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev çıxışında 2019-cu ildə ölkədə və rayonda həyata keçirilən sosial-iqtisadi layihələr barədə məlumat verib, Bu konteksdə Nohurqışlaq kənd inzibati ərazi nümayəndəliyinin fəaliyyətini dəyərləndirən RİH başçısının müavini qarşıda duran vəzifələrdən danışıb. Hesabat yığıncağında qərar layihəsi müzakirə edilərək qəbul olunub.

Keçidlər