Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayon Mədəniyyət Mərkəzində 20 Yanvar “Ümumxalq Hüzn Günü”nün 30-cu ildönümü dəyirmi masa arxasında yad edilib.

15 yanvar 2020 | 16:00

Qəbələ rayon Mədəniyyət Mərkəzində 20 Yanvar “Ümumxalq Hüzn Günü”nün 30-cu ildönümü ilə əlaqədar dəyirmi masa təşkil olunmuşdur. Tədbiri Mədəniyyət Mərkəzinin təşkilatçı metodisti Natəvan Mürşüdova açmış və bu faciənin günahsız qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə “Qanlı yanvar” başlığı altında geniş mühazirə oxunmuşdur. Çıxış edənlər 20 Yanvar faciəsinin  müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi olduğunu vurğulamışlar. Tədbirin sonunda  “20 Yanvar- Hüzn  və Milli Qürur Günümüz” adlı filim nümaiş olunmuşdur.

Keçidlər