Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun inzibati ərazi dairələrində hesabat yığıncaqları keçirilir.

16 yanvar 2020 | 07:00

Yengicə kənd İnzibati ərazi nümayəndəliyində keçirilən hesabat iclasında  icra nümayəndəsi Ruslan Qəribov yaşayış məntəqəsində 2019-cu ildə görülən işlər haqqında geniş məruzə edib. İclasda il ərzində kənddə görülmüş işlər barədə ətraflı danışılıb, kəndinin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələr geniş təhlil olunub. Qeyd olunub ki, hesabat ilində kəndin daxili yolları təmir edilib, sakinlər fasiləsiz olaraq içməli su, işıq, qaz və rabitə ilə təmin olunub. Hesabat iclasında bildirilib ki, nümayəndəliyin ərazisində 2020-ci ilin məhsulu üçün 18 hektar əkin işləri aparılıb. Bunun 15 hektarı buğda, 3 hektarı arpadır. Kənd sakinləri bu il 260 kq barama tədarük edib. Gələn il isə bu rəqəmin 300 kq-dan artıq olması nəzərdə tutulub. Barama qurdlarının bəslənməsi üçün kənddə 500 ədəd tut tingi əkilib.
Kənd ərazisində böyük istirahət-sağlamlıq kompleksi fəaliyyət göstərir ki, burada xeyli kənd sakini işlə təmin olunub. Məruzədə “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq nümayəndəliyin üzərinə düşən vəzifələr və səlahiyyətlərin icrası sahəsində görülən işlər barədə kənd sakinlərinə ətraflı məlumat verilib. Daha sonra rayon İcra hakimiyyəti başçısının müavini Ətayə Osmanova  çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qəbələ rayonuna  göstərdiyi xüsusi qayğıdan söhbə açıb, həyata keçirilən layihələrin nəticəsində bu gün rayonumuzun uğurlu sosial-iqtisadi inkişafından, aparılan tikinti, quruculuq və abadlıq işlərindən danışıb. Hesabat yığıncağı açıq fikir mübadiləsi və diskusiyalar şəraitində keçib, sakinlər çıxış edərək onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə ediblər. İşgüzar şəraitdə keçən hesabat iclasında qərar layihəsi qəbul edilib.

Keçidlər