Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“20 yanvar faciəsinin otuzuncu ildönümü”nə həsr edilmiş şeir müsabiqəsi keçirilmişdir.

17 yanvar 2020 | 04:00

Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Təhsil şöbəsinin iştirakı ilə 16 yanvar 2020-ci il tarixdə Qəbələ rayon Təhsil şöbəsinin akt zalında “20 yanvar faciəsinin otuzuncu ildönümü”nə həsr edilmiş yeniyetmə və gənclər arasında “Şəhidlər unudulmur” mövzusunda şeir müsabiqəsi keçirilmişdir. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş qanlı yanvar faciəsində şəhid olanların tarixə qəhrəmanlıq salnaməsi yazdıqlarını, onların xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini və şəhidliyin müqəddəs bir zirvə olduğunu ictimaiyyətə çatdırmaq, həmçinin yeniyetmə və gənclərin bədii yaradıcılıq potensialının inkişaf etdirməkdən ibarərdir. Müsabiqənin açılış mərasimində ilk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov və Təhsil şöbəsinin müdiri Arifə Bayramova tədbirin məqsəd və vəzifələri barədə çıxış edərək, “20 yanvar faciəsi”nin baş vermə səbəbləri, faktlar və həqiqətlər barədə danışmış, bu faciəni doğuran o vaxtkı ictimai-siyasi hadisələr barədə tədbir iştirakçılarına məlumat vermişlər. Müsabiqədə rayonun müxtəlif məktəblərindən olan 20-dən artıq şagird iştirak etmişdir. Onlar torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizə, milli qəhrəmanlarımıza və vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər səsləndirmişlər. Müsabiqənin əsasnaməsinə uyğun olaraq 1 nəfər I yer, 2 nəfər II yer, 3 nəfər III yerə layiq görülmüşdür. Müsabiqənin yekun nəticəsinə əsasən Kübra Maqsudova I yerə, Zəhra Məmmədova və Fərid Möhübov II yerə və Nəzrin Musayeva, Selcan Rəfizadə və Nəzrin Məmmədova III yerə layiq görülmüşdür. Qaliblər Gənclər və İdman İdarəsinin diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Keçidlər