Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində “20 Yanvar Ümumxalq hüzn günü”dür adlı tədbir keçirib.
Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində 17 yanvar 2020- ci il tarixdə 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirildi. Mərkəzin bütün mühəndis - pedoqoji kollektivi və tələbələri şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Tədris Mərkəzinin direktoru E.Kazımov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı barədə danışdı. Sonra Mərkəzin GÇH rəhbəri İ.Əfəndiyev geniş məruzə ilə çıxış etdi. O, kollektivə müraciətlə bildirdi ki, 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq gün deyil. Unutmamalıyıq ki, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli təfəkkürümüzün oyanan günəşinin qırmızı şəfəqini simfolizə edirdi. Xalqımız həmin gecə üstünə şığıyan dəhşətli kabusa, sovet hərbi güclərinə qarşı sinəsini verməyi və deməli, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. 20 Yanvar Ümumxalq Hüzn Günü olmaqla bərabər, həm də xalqımızın şərəf günüdür. Tədbirin sonunda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya dinlənilib.