Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələli uşaqlar 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

18 yanvar 2020 | 04:00

Qəbələ Uşaq və Ailələlərə Dəstək Mərkəzi Qəbələ şəhər Heydər Əliyev Mərkəzində “20 Yanvar Ümumxalq hüzn günü”dür adlı təbir keçirib. Tədbirdə İsmayıl bəy Qutqaşınlının ev muzeyinin əməkdaşları və şəhər 1 saylı tam orta məktəbin şagird və müəllimləri iştirak edib.  Tədbir 20 Yanvar şəhidlərinin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. UADM-nin sosial iş üzrə mütəxəssisi Hökümə İsmayılova törədilmiş qanlı hadisələrin sovet imperiyası tərəfindən qabaqcadan düşünülüb hazırlanmasından, heç kəsə aman verilməməsindən danışdı. Çıxış edən UADM-nin direktoru Günel Ağayeva, şəhər bir saylı tam orta məktəbin tarix müəllimi Esmira Seyidova o qanlı gecədə törədilmiş cinayətlərdən, dinindən, yaşından asılı olmayaraq hamıya qarşı etdikləri vəhşiliklərdən danışdılar. Hadisələr zamanı 744 nəfərin ağır yaralanması, 4 nəfərin itkin düşməsi, 400 nəfərin həbs edilməsi, 131 nəfərin isə qətlə yetrilməsi xüsusi vurğulanıb. Qeyd olunub ki, o qanlı gecədə tökülən qanların bahasına Azərbaycan öz müstəqilliyini qazanıb. Tədbirdə uşaqların hazırladıqları bədii kompozisiya, şeirlər, bayatılar səslənib və video-çarx nümayış olunub.

Keçidlər