Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

İcbari tibbi sığortanın tətbiqindən sonra Qəbələ Müalicə və Diaqnostika Mərkəzinə 15 minədək sakin müraciət edib.

23 yanvar 2020 | 02:00

Ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən uğurlu islahatların mühüm istiqamətlərindən biri də icbari tibbi sığortanın tətbiq edilməsidir. İcbari tibbi sığortanın məqsədi əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaq, yüksək keyfiyyətli tibbi xidmətlərə əlçatanlığı təmin etmək və vətəndaş məmnunluğuna nail olmaqdır. Respublikamızın şimal-qərb bölgəsinin digər rayonları kimi, Qəbələdə də yanvarın 1-dən etibarən icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İcbari tibbi sığorta sisteminə keçid rayon əhalisinin keyfiyyətli və hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verəcək və bu xidmətlərdən rayonun 95 mindən çox sakini faydalanacaq. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı Qəbələ rayonunda da ötən ilin noyabr-dekabr aylarında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbirləri keçirilib, sistemin üstünlükləri barədə əhali ətraflı məlumatlandırılıb. İcbari tibbi sığorta sisteminə keçidlə əlaqədar Rayon Müalicə və Diaqnostika Mərkəzi Publik hüquqi şəxsə müraciət edən vətəndaşların məmnunluğunu təmin etmək üçün xəstəxanada 3 yerdə qeydiyyat mərkəzi yaradılıb. Ailə Sağlamlıq Mərkəzinə müraciət edən sakin əvvəlcə ailə həkimi tərəfindən qəbul olunur. Sonra xəstə müayinələrdən keçmək üçün müvafiq şöbələrə göndərilir, ehtiyac yaranarsa ixtisaslı həkimlərə yönləndirilir. Yanvarın əvvəlindən bu günədək xəstəxanaya 14 min 815 nəfər müraciət edib. Onlardan 151 nəfəri stasionar, 6 min 541 nəfər isə ambulator müalicəyə cəlb olunub. Gün ərzində xəstəxanaya orta hesabla 350-400 nəfərədək vətəndaş müraciət edir.

Keçidlər