Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Seyidqışlaq kənd inzibati ərazi nümayəndəliyində hesabat yığıncağı keçirilib.

23 yanvar 2020 | 04:00

Seyidqışlaq kənd inzibati ərazi nümayəndəliyində 2019-cu ilin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib. İclasda hesabat məruzəsi ilə çıxış edən İƏD üzrə nümayəndə Vaqif Mehdiyev iştirakçılara kəndin sosial inkişafı ilə bağlı nümayəndəlik tərəfindən 2019-cu ildə kənddə görülmüş işlər barədə ətraflı məlumat verib. Məruzədə səslənib ki, kənddəki 123 ailə təsərrüfatında 609 nəfər yaşayır. Onların 376 nəfəri fərdi təsərrüfatlarda çalışır. Əhali elektrik enerjisi, dayanıqlı rabitə və içməli su ilə fasiləsiz təmin olunur. Qeyd olunub ki, ərazidə kənd təsərrüfatının inkişafına diqqət və məsuliyyətlə yanaşılır. Barama istehsalı bərpa olunub və hesabat dövründə ərazidə 172 kq barama istehsal edilib. Bu gəlirli sahənin gələcəkdə inkişaf etdirilməsi məqsədilə 1000 ədəd tut tingi əkilib. Strateji kənd təsərrüfatı məhsulu hesab edilən fındıqçılığın genişləndirilməsi üçün 1,5 hektar sahədə fındıq bağı salınıb. Əhalinin əsas məşğuliyyət sahəsi olan taxılçılıq və heyvandarlıqda məhsuldarlıq ildən-ilə artır. Ərazidə yaranan bu və ya digər problemlərin həllində rayon icra hakimiyyəti hərtərəfli dəstək göstərir. Hesabat məruzəsindən sonra kənd sakinlərindən Əhməd Baxışov, Aytəkin Cavadova, Həzi Umarov, Qüdrət Nağıyev, Vəsilə Qədirova, Yanvar Həmidqv və başqaları çıxış edərək yaşayış məntəqəsində mövcud olan sosial məsələlərin həlli ilə bağlı təkliflər verib, icra nümayəndəsinin fəaliyyətindən razılıqlarını bildiriblər. Hesabat yığıncağında iştirak edən rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova ölkədə və bölgədə əldə olunan yüksək nailiyyətlərdən, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin diqqəti və yaxından köməkliyi ilə Qəbələyə olan dövlət qayğısından ətraflı danışıb. Qeyd edib ki, Seyidqışlaq inzibati ərazi dairəsi də yeni layihələrdən yararlanacaq, əhalinin məşğulluğu daha da artacaq. RİH başçısının müavini əmin olduğunu bildirib ki, kənd sakinlərinin aqrar istehsalda töhfələri çoxalacaq və 2020-ci ildə qarşıda duran vəzifələrin icrası üçün onlar daha məsuliyyətlə çalışacaqlar. İclasda iştirak edən kənd sakinləri icra nümayəndəliyinin fəaliyyətini kafi qiymətləndiriblər.

Keçidlər