Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Şamlı kəndində səyyar qəbul keçirilmişdir.

24 yanvar 2020 | 07:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Şamlı kəndində səyyar görüş-qəbulu keçirilib. Görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.  Tədbiri açan RİH-nin başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışıb. Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Qəbələ rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında kənd sakinlərinə ətraflı məlumat verib.  Qeyd olunub ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsində bu gün hər bir bölgədə, o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, müasir yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, uşaq bağçaları tikilir, sosial layihələr həyata keçirilir, yeni-yeni iş yerləri açılır. Sonra kənd sakinləri dinlənilib. Onlar Prezident İlham Əliyevin diqqət və qayğısı ilə rayonumuzda aparılan quruculuq işləri ilə bağlı ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər. Görüşdə çıxış edən kənd sakinlərindən Aslan Soltanov, Akif Mirzəcanov, Nüsrət Cabbarov və başqaları yaşayış məntəqəsində işıq xətlərinin dəyişdirilməsini, yeni artezian quyusunun qazılmasını və qaz xətlərində təzyiqin artırılmasını xahiş ediblər. Rayon icra hakimiyyətinin başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

Keçidlər