Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Koreyalı qonaqlar Qəbələdə

27 iyul 2013 | 09:30

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı ilə  Qəbələ rayonunda Koreyanın Kyunq Hİ Universitetinin rəqs qrupunun və Dünya Taekvando Federasiyasının yığma konandasının üzvlərinin nümunəvi çıxışları izləyicilərə təqdim olunmuşdur. Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə  “Koreya təəsüratı”, “Rəqs üçün”, “Təbrik rəqsi” və digər maraqlı rəqs nömrələri tamaşıçılar tərəfindən böyük alqışlarla qarşılanmışdır. Daha sonra Dünya Taekvando Federasiyasının yığma konandasının üzvlərinin təqdim etdikləri çətin və həyacanlı cıxışları tamaşaçılarda böyük maraq oyatmışdır. Tamaşaçı alqışları altında yekunlaşan tədbirdə iştirakçılara hədiyyələr təqdim olunmuşdur.

Keçidlər