Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

KOBİA-nın təşkilatçılığı ilə kiçik və orta biznes nümayəndələri üçün maarifləndirmə tədbiri keçirilmişdir.

01 fevral 2020 | 03:00

Qəbələ Heydər Əliyev Mərkəzində 31 yanvar tarixində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə kiçik və orta biznes nümayəndələri üçün “Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər və tətbiq olunan yeniliklər” mövzusunda onlayn maarifləndirmə tədbir keçirilmişdir. Tədbirdə sahibkarlar Vergilər Nazirliyinin nümayəndələri tərəfindən vergi sahəsində dövlət siyasəti və Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər barədə məlumatlandırılmış, onları maraqlandıran suallar cavablandırılmışdır. Sahibkarlar onlayn tədbirə ölkənin istənilən yerindən internet vasitəsilə (kompyuter, planşet və mobil telefondan istifadə etməklə) qoşulmuşdur. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Qəbələ Oğuz nümayəndəliyinin dəvəti ilə, onlayn təlimdə birbaşa olaraq 25 nəfər sahibkar, 8 nəfər sahibkar isə fərdi olaraq faydalanmışlar.

Keçidlər