Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Zarağan kəndində səyyar görüş-qəbul keçirilib.

05 fevral 2020 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin daha bir  səyyar görüş-qəbulu Zarağan kənd sakinləri ilə keçirilib. Görüş-qəbulda RİH-nin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin rəhbərliyi altında 2019-cu ildə ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması istiqamətində aparılan islahatlardan, sosial-iqtisadi sahədə qazanılan uğurlardan, bölgəyə göstərilən xüsusi diqqət və qayğıdan, həmçinin Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən layihələrdəb danışıb. Yaranan problemlərin vaxtında həlli ilə bağlı bütün zəruri addımların atıldığını vurğulayan rayon icra hakimiyyətinin başçısı hər bir yaşayış məntəqəsində, o cümlədən Zarağan kəndində əhalini narahat edən məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlərin, infrastruktur layihələrinin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb. Sonra sakinlər dinlənilib. Çıxış edən vətəndaşlar əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən bütün işlərə görə ölkə başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Kənd sakinlərindən Siracəddin Həmidov,  İlqar Soltanov, Kamran Əzizov, Əfşan Həşimova və başqaları çıxışlarında yeni artezian quyusunun qazılmasını, Zarağan-Aydınqışlaq yolunun asfaltlaşdırılmasını, yeni yaşayış məntəqəsinə qaz xəttinin çəkilməsini, 1 nömrəli kənd tam orta məktəbinin əsaslı təmir olunmasını xahiş ediblər. Görüş-qəbulda rayon icra hakimiyyətinin başçısı həlli RİH-nin səlahiyyətlərinə aid olan problemlərin icrası ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq göstərişlər verib, mərkəzi icra hakimiyyətlərindən asılı olan təkliflərlə əlaqədar isə həmin qurumlara müraciət olunacağını bildirib.

Keçidlər