Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Narkomaniya və onun fəsadlarının aradan qaldırılması” adlı tədbir keçirilmişdir.

06 fevral 2020 | 16:00

06.02.2020-ci il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Narkomaniya və onun  fəsadlarının aradan qaldırılması” adlı tədbir keçirilib. Tədbirdə Qəbələ UADM-in əməkdaşları, Qəbələ rayon Polis şöbəsinin əməkdaşı Azər Hüseynov və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri iştirak  ediblər. Tədbirdə müasir dövrümüzün ən mühüm problemlərindən biri olan narkomaniyadan bəşəriyyətin hələ də əziyyət çəkməsindən, millətin sağlam həyat tərzi üçün təhlükə törətməsindən, insanın fizikİ psixoloji cəhətdən məhv etməsindən danışılmışdır. Narkomaniyanın insan orqanizminin zəifləməsinə, bədən üzvülərinin tədricən sıradan çıxmasına səbəb olması söylənilmişdir. Daha sonra bilidirildi ki, tütün məmulatlarından, alkoqollu içkilərdən azyaşlılar arasında istifadənin və yayılmasının qarşısının alınması məqsədilə respublikamızda hüquqi baza formalaşdırılıb. Bu məqsədlə bir sıra  profilaktiki tədbirlər həyata keçirilir. Tədbirdə “Narkomaniyaya yox deyək” adlı video çarx nümayiş etdirilib. Sonda iştirakçılara bukletlər paylanılıb.

Keçidlər