Qəbələdə 28 kilometrlik avtomobil yolu yenidən qurulur.
Qəbələ rayonunda uzunluğu 28 kilometr olan yerli əhəmiyyətli Əmirvan-Vəndam avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Qeyd edək ki, 28 kilometrlik Əmirvan-Vəndam avtomobil yolu ötən il yenidən qurularaq istifadəyə verilən Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yoluna birləşməklə iki respublika əhəmiyyətli yol arasında əlaqələndirici funksiyasını daşıyacaq. Sözügedən marşrutlar üzrə yaşayış məntəqələrini birləşdirən avtomobil yolu Qaraməryəm-İsmayıllı-Şəki və Ağdaş-Zarağan avtomobil yollarını rahat çıxışı təmin edəcək. Bu isə öz növbəsində həm yolun əhatə etdiyi yaşayış məntəqələrində yaşayan vətəndaşların, həm də bu yoldan istifadə edən qonaqların Qəbələ şəhərinə daxil olmadan hərəkətlərinə davam etmək imkanı yaradacaq.