Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qəbələ Rayon Şöbəsinin əməkdaşları xidmətin yaranmasının ildönümünü qeyd etmişlər.
Qəbələdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının səkkizinci ildönümü qeyd olunub. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Arif Allahverdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin rəisi polkovnik-leytenant Rahim Ağayev, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, xidmətin yerli şöbəsinin şəxsi heyəti iştirak ediblər. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə öz ehtiramlarını bildiriblər. Mərasimdə rayonda səfərbərlik işinin təşkili, çağırışçıların hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində xidmətləri olan əməkdaşların bir qrupuna qurumun Fəxri fərmanları təqdim olunub. Arif Allahverdiyev gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, çağırışçıların həqiqi xidmətə yola salınması və səfərbərlik hazırlığı təlimlərində RİH ilə sıx əməkdaşlıq edən Dövlət Xidməti rayon şöbəsinin bütün əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.