Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qadın sahibkarlığının inkişafına dair təlim keçirilib.

20 fevral 2020 | 04:00

Fevral ayının 17 və 18-də Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzində Avropa İttifaqının Azərbaycanın kənd yerlərində sahibkarlığın inkişafına dəstək layihəsi çərçivəsində qadın sahibkarlar üçün "Sahibkarlıq və biznesə başlama haqqında" təlimlər keçirilib. Tədbiri giriş sözü ilə açan AQSİA-nın meneceri Günay Həsənli Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. Rayonda yaşayan qadın sahibkarlara Azərbaycanda qadın sahibkarlığının inkişafı haqqında məlumat vermək, onlarla əməkdaşlıq imkanlarını genişləndirmək, qadınlar arasında sahibakarlığın inkişaf etdirilməsinə dair təbliğat işlərini gücləndirmək və inkişafına töhfə vermək məqsədi ilə keçirilən iki günlük təlim çıxışlar və müzakirələrlə davam etdirilib.

Keçidlər