Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon bölməsinin yeni tikilmiş inzibati binası istifadəyə verilib
Fevralın 19-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qəbələ rayon bölməsinin yeni tikilmiş inzibati binası istifadəyə verilib. Açılış mərasimindən əvvəl ulu öndər Heydər Əliyevin Qəbələ şəhərlərində ucaldılan abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qəbələ rayon bölməsinin inzibati binasının açılış mərasimində çıxış edən Xidmət rəisi general-leytenant Arzu Rəhimov Azər-baycan Respublikası¬nın Prezidenti cənab İlham Əliyevin Ali Baş Koman¬danlığı altında son illər ərzində SHXÇDX-də əldə edilən nəticələri diqqətə çatdırıb. Qəbələ rayon şöbəsinin yeni binasının istifadəyə verilməsinin dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin növbəti təzahürü olduğunu vurğulayıb. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev SHXÇDX-nin rayon şöbəsinin yeni inzibati binasının istifadəyə verilməsinin əməkdaşların fəaliyyətinə əlavə stimul yaradacağını bildirib. Məlumat verilib ki, Qəbələ rayon şöbəsinin 3 mərtəbəli, 37 otaq, rayon hərbi həkim komissiyası üçün iş kabinetləri və 2 iclas zalından ibarət olan binasının ümumi sahəsi 2391 kvadratmetrdir. Müasir standartlara uyğun tikilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib. Daha sonra binanın açılışını bildirən lent kəsilib və mərasim iştirakçıları binada yaradılan şəraitlə tanış olublar.