Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"26 fevral Xocalı faciəsi" adlı tədbir keçirilib.

20 fevral 2020 | 07:00

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində "26 fevral Xocalı faciəsi" adlı tədbir keçirilib. Tədbirdə Qəbələ UADM-in əməkdaşları, və mərkəzin qeydiyyatında olan valideyinlər və uşaqlar  iştirak  ediblər. Tədbirdə bildirildi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 336 –cı  motoatıcı alayının zirehli texnikası və hərbi heyyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt ediblər. Xocalı şəhərini fevralın 25- dən toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlayıblar. Belə bir vəziyyətdə erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələrinin və motoatıcı alayın hərbiçilərinin dinc əhaliyə divan tutduqları söynənilmişdir. Tədbirdə uşaqların hazırladıqları şeirlər və bayatılar  səsləndirilib.

Keçidlər