Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Azərbaycan Respublikasında Kənd Yerləri və Regional İnkişafa Dəstək Proqramı”-nın icrasına texniki yardım layihəsi çərçivəsində işçi qrupunun tədbiri keçirilmişdir.

21 fevral 2020 | 03:00

Fevral ayının 19-20-si tarixlərində “Azərbaycan Respublikasında Kənd Yerləri və Regional İnkişafa Dəstək Proqramı”-nın icrasına texniki yardım layihəsi çərçivəsində işçi qrupunun tədbiri keçirilmişdir. Tədbirdə aidiyyatı dövlət qrumlarının, qeyri-hökümət təşkilatlarının və sahibkarların nümayəndələri təmsil olunmuşdur. Tədbirin keçirilməsində məqsəd Ərazi İnkişaf Planının hazırlanması üçün yerli potensialın qiymətləndirilməsi olmuşdur. Yığıncaqda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında Kənd Yerləri və Regional İnkişafa Dəstək Proqramı”- nın icrasına texniki yardım layihəsi 2017-ci ilin yanvarından başlayaraq Avropa İttifaqının maliyyə dəstəyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əməkdaşlığı ilə həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycanda iqtisadiyyatın diversifikasiyasına və regionların davamlı inkişafına dəstək verilməsi, regionlar arasında sosial-iqtisadi bərabərsizliyin azaldılması, dövlət proqramlarının icrası və idarə olunmasında mərkəzi və yerli dövlət orqanlarının potensialının artırılmasıdır. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev iştirak etmişdir.

Keçidlər