Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayon İlham Kərimov adına Mirzəbəyli kənd tam orta məktəbin şagirdləri Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzi ilə yaxından tanış olmuşlar.

22 fevral 2020 | 03:00

Qəbələ rayon İlham Kərimov adına Mirzəbəyli kənd tam orta məktəbin 7, 8 və 9-cu sinif şagirdləri rayonun Çuxur Qəbələ kəndi ərazisindəki  Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və  Qəbələ Arxeoloji Mərkəzin fəaliyəti ilə yaxından tanış olmuşlar. İlk öncə Mərkəzin akt zalında məktəbliləri salamlayan Qəbələ Dövlət Tarix Bədii Qoruğunun direktoru Zahir Kərimov 900 il Qafqaz Albaniyasının Paytaxtı olmuş Qədim Qəbələ şəhəri haqqında, eləcədə Qəbələ Dövlət Tarix Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzinin iş fəaliyyəti haqqında məktəblilərə ətraflı məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, 15 illik fasilədən sonra 2005-ci ildən Qoruq ərazisində SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları, 2009-cu ildən isə Cənubi Koreyadan olan arxeoloqlar Qoruq ərazisində arxeoloji qazıntılar apararaq birgə fəaliyyət göstərir. Son illər Prof. Qafar Cəbiyev tərəfindən Qala ərazisində geniş arxeoloji tədqiqatlar aparılmış, müxtəlif mədəni təbəqələrə aid tikili qalıqları və istehsalat ocaqları müəyyən edilmişdir. Bundan əlavə Prof. İlyas Babayev tərəfindən Antik şəhər yerində oval planlı yeni bina qalıqları aşkar edilərək bu tip tikililərin sayı 5-ə çatdırılmışdır. 2018-2019-cu illər ərzində t.ü.f.d. Ceyhun Eminlinin rəhbərliyi ilə “Antik və İlk orta əsrlər Qəbələ Arxeoloji ekspedisiyası” tərəfindən Səlbir ərazisində, həmçinin Qoruq ərazi xaricində Antik dövrə aid qəbir abidələri və yaşayış yerləri tədqiq olunmuşdur. Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji Ekspedisiya tərəfindən Səlbir ərazisində Şimal müdafiə divarı, Qərb müdafiə divarı və müxtəlif tikili qalıqları da tədqiq edilmişdir. Qeyd olunmuşdur ki, 2014-cü ildə ölkə başçısı cənab İlham Əliyev Qəbələyə səfəri zamanı Mərkəzin rəsmi açılışını etmiş, mərkəzlə tanış olaraq belə bir mərkəzin yaradılmasını yüksək qiymətləndirmişdir. Məktəblilər ağacəkmə aksiyasında da yaxından iştirak etmişlər. Belə ki, şagirdlər Qəbələ Arxeoloji Mərkəzin həyətində və Qoruq ərazisində yerli sortlardan olan meyvə ağacları əkmişlər. Sonda məktəb kollektivinin üzvləri xatirə foto-şəkilləri çəkdirmişlər.

Keçidlər