Beynəlxalq Ana Dili Günü qeyd olunub.
22 fevral 2020 | 04:00
Qəbələ şəhər 3 nömrəli tam orta məktəbində Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Ədilə Əliyeva açmışdır. Azərbaycan dili və ədəbiyyatı müəllimi Ramin Nəbiyev Beynəlxalq Ana Dili Gününün tarixi, bu günün qeyd olunmasının əhəmiyyəti barədə məruzə etmişdir. Rayon təhsil şöbəsinin müdiri Arifə Bayramova tədbirdə çıxış etmiş bildirmişdir ki, ulu öndər Heydər Əliyevin sayəsində ana dilimiz-Azərbaycan dili dövlət dili statusu qazanmışdır. Biz bununla fəxr etməli, qürur duymalıyıq. Şöbə müdiri tədbirin təşkilatçılarına təşəkkür etmişdir. Şagirdlərin ifasında ana dilinə vətənə aid şeirlər səslənmiş, video çarx nümayiş etdirilmişdir.