Qanlı faciə unudulmayacaq.
Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində Xocalı Soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. İlk öncə tədbir iştirakçıları Xocalı faciəsində şəhid olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədris mərkəzinin direktoru Eyvaz Kazımov çıxış edərək soyqırım qurbanlarının xatirəsinin heç vaxt unudulmaycağını bildirib. Direktor qeyd edib ki, Prezident İlham Əliyevin 56-cı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistanın Baş naziri Nikol Paşinyanla panel müzakirələrində göstərdiyi böyük siyasi mədəniyyət və yüksək diplomatik məharət ölkə rəhbərimizin dialoq prosesində, problemlərə dəqiq və konseptual yanaşma qabiliyyətinin və qətiyyətli mövqeyinin daha bir parlaq təzahürüdür. Ölkəmizin rəhbəri qarşı tərəfə çox gözəl tarix dərsi keçib və diplomatiya mesajı göndərib. Mərkəzin əməkdaşları Aytən Bəkirova İlham Əfindiyev və başqaları çıxışlarında bildiriblər ki, 1992-ci fevralın 25-dən 26-sına keçən gecə törədilən Xocalı soyqırımı ermənilərin uzun illərdən bəri azərbaycanlılara qarşı etdikləri cinayətlərdən ən dəhşətlisi olmuşdur. Tədris mərkəzinin tələbələri Xocalı soyqırımına həsr olunmuş şeirlər söyləyib, kompozisiya nümayiş etdiriblər.