Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Xocalı soyqırımının dünyada tanınmasında Heydər Əliyevin xidmətləri böyükdür.

22 fevral 2020 | 16:00

Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş Qəbələ Müalicə Diaqnostika Mərkəzi Publik Hüquqi Şəxsində toplantı keçirilmişdir. Anım tədbirində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən mərkəzin baş həkimi Ceyhun Əhmədov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum ediblər. Dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunan Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılıb. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb. Mərkəzin direktor müavini Xocalı sakini Kamal Məmmədov çıxışında qeyd edib ki, 1993-cü ildə xalqın təkidi ilə yenidən Azərbaycana hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev daxili sabitliyin təmin olunması, siyasi, iqtisadi tənəzzülün qarşısının alınması istiqamətində fəaliyyətə başladı. 1994-cü ildə atəşkəsə nail olundu. Artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə tamam başqa bir rakursdan baxıldı. Ulu öndər Heydər Əliyev Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarıdır. Hələ Prezident səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Ali Sovetinin sədri vəzifəsində çalışan böyük rəhbər erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişi ilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixində yazılı müraciət edib. Milli Məclisin 24 fevral 1994-cü il tarixli qərarı ilə hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Diqqətə çatdırılıb ki, bu gün Prezident İlham Əliyevin səyi, Azərbaycanın artan nüfuzu, uğurlu diplomatiyası sayəsində dünya ictimaiyyəti başa düşür ki, Ermənistanın idarə olunan siyasətinin əsasında terrorçuluq və işğalçılıq siyasəti dayanır. Sonda natiqlər bu cür hadisələrdən ibrət götürərək müstəqilliyimizi qorumağın ən müqəddəs məqsəd olduğunu ifadə ediblər.

Keçidlər