Qəbələ rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Qəbələ rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsi önünə tər güllər düzmüşlər. Daha sonra Qəbələ Mədəniyyət Mərkəzində hesabat yığıncağı öz işinə başlamışdır. Yığıncağı rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev açaraq 2019-cu ildə Qəbələ rayonunda sosial-iqtsadi sahədə görülmüş işlər barədə ətraflı məruzə etmişdir. Qeyd olunmuşdur ki, ötən dövr ərzində Qəbələ rayonunun da ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı əlamətdar hadisələrlə zəngin olmuşdur. Bunlardan ən yadda qalanı isə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin ötən ilin oktyabr ayının 28-də rayonumuza səfəridir. Səfər zamanı dövlət başçısı çox mühim sosial və iqtisadi xarakterli obyektlərin açılışında iştirak etmiş, inşası davam edən tikintilərdə işlərin gedişi ilə maraqlanmışdır. Cənab Prezident görülən işlər barədə fikirlərini bildirərək müvafiq tapşırıqlar vermiş, qarşımıza yeni vəzifələr qoymuşdur. İclasda 10 saylı Ərazi Vergilər İdarəsinin rəisi Cavid Kəngərli, müalicə diaqnostika mərkəzi publik hüquqi şəxsin direktoru Ceyhun Əhmədov, təhsil şöbəsinin müdiri Arifə Bayramova, Tikanlı kənd sakini Dursun Bayramov və Vəndam qəsəbə 2 nömrəli tam orta məktəbin müəllimi Yasəmən Qasımova çıxış edərək fəaliyyət göstərdikləri sahələrdə 2019-cu ildə əldə olunan uğurlardan, qarşıda duran vəzifələrdən danışmışlar. Hesabat yığıncağında çıxış edən Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Rüfət Əliyev 2019-cu ildə görülən işlərdən danışıb. Dövlət başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq, qarşıda duran vəzifələr təhlil olunub. Yığıncaqda qarşıda duran vəzifələrin həyata keçirilməsinin təmin olunması üçün müvafiq qərar qəbul edilmiş, yığıncaq iştirakçıları adından Ölkə başçısı cənab İlham Əliyevə müraciət ünvanlanmışdır. Sonda rayonun sosial-iqtisadi inkişafında fərqlənən bir qrup şəxsə fəxri fərman təqdim olunub.