Bu tarixi faciə unudulmayacaq.
Ermənilərin Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın Xocalı şəhərində azərbaycanlılara qarşı törətdikləri soyqırımdan 28 il keçir. Bu qanlı faciənin ildönümü ilə əlaqədar Qəbələ Rayon Təhsil Şöbəsində tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq Qəbələ şəhər 1 və 2 nömrəli tam orta məktəblərində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə şagirdlərin ifasında Xocalı faciəsinə həsr olunmuş kompozisiya nümayiş olunmuş, video-çarx göstərilmişdir. Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Qəbələ şəhər 4 nömrəli tam orta məktəbində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar mühazirə oxumuşlar. Mirzəbəyli kənd tam orta məktəbində Xocalı faciəsinə həsr olunmuş şahmat yarışı keçirilmişdir. Bunud kənd tam orta məktəbində keçirilən “Dəyirmi masa”da məktəbin tarix müəllimi Ülfət Əzizov geniş məruzə etmiş Xocalıda törədilmiş soyqırımını bəşəriyyətə qarşı yönəlmiş ağır cinayət kimi qiymətləndirmişdir. Rayonun bütün ümumtəhsil məktəblərində və məkdəbdənkənar təşkilatlarında Xocalı faciəsinə həsr olunmuş müxtəlif tədbirlər keçirilmişdir. Ümumtəhsil məktəblərində keçirilən Xocalı faciəsinə həsr olunmuş tədbirlərdə rayon təhsil şöbəsinin müdiri Arifə Bayramova və təhsil şöbəsinin digər əməkdaşları iştirak etmişlər.