Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Kiçik Pirəli kəndində səyyar görüş-qəbul keçirilib.

28 fevral 2020 | 03:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Kiçik Pirəli kənd sakinləri ilə görüş-qəbulu olmuşdur. Görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə və digər xidmət təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. RİH-nin başçısı görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Səyyar-görüş qəbulların yerlərdəki problemləri öyrənmək və həll etmək üçün səmərəli vasitə olduğunu bildirən rayon icra hakimiyyətinin başçısı digər kəndlərimiz kimi Kiçik Pirəlinin də dayanıqlı rabitə, təbii qaz və elektrik enerjisi ilə fasiləsiz təmin olunduğunu qeyd etmişdir. Vurğulanmışdır ki, görülən işlər əhalinin rifah halının yüksəlməsinə, yaşayış tərzinin rahatlığına imkan yaratmışdır. Sonra kənd sakinləri dinlənilmişdir. Sakinlərindən Elşan Abdullayev, Ehtiram Mustafayev və başqaları rayonumuzda və Kiçik Pirəli kəndində hayata keçirlən abadlıq-quruculuq işlərinə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər. Çıxış edənlər kənddə yeni transformatorun quraşdırılmasına və yeni yaşayış massivinə qaz xəttinin çəkilməsinə ehtiyac olduğunu bildirmişlər. Görüş-qəbulda qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmiş, icrası nəzarətə götürülmüşdür.

Keçidlər