KOBİA qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviqinə dəstək göstərib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsinin layihələrindən olan “MirvariStore” layihəsi ilə əməkdaşlığa başlayıb. KOBİA-nin təşkilatçılığı ilə Qəbələ şəhərində toxuculuq və tikiş bacarığı olan qadınlar üçün “MirvariStore” layihəsinin təqdimatı keçirilib. Tədbirdə layihə barədə məlumat verilib, Qəbələ rayonunda toxuculuq və tikiş bacarığı olan və bu sahəyə maraq göstərən, müvafiq istiqamətdə evində işləmək istəyən qadınlar müəyyənləşdirilib, onlarla lazımi materialların verilməsi və sifarişlərin ötürülməsi mexanizmi barədə müzakirələr aparılıb. Qeyd edək ki, “MirvariStore” layihəsinin məqsədi regionlarda qadın sahibkarlığının inkişafı, məşğulluğun artırılması, qadınların gəlir əldə etməsinə dəstək göstərilməsi, eləcə də milli naxışların təbliği və "Made in Azerbaijan" brendi ilə əl işlərinin xarici bazarlara çıxarılmasıdır.