Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov şimal-qərb zonasının gəncləri ilə görüşüb.
Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub, ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, rayonun idarə,müəssisə, hüquq-mühafizə orqanlarının əməkdaşları, Qəbələ, Qax, Zaqatala, Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Qobustan, Oğuz, Şamaxı və Mingəçevir rayon Gənclər və idman İdarələrinin rəisləri, fəal gəncləri, eləcə də Ağsaqqallar Şurasının bu rayonlardan olan sədrləri iştirak edib. Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk illərində ölkə rəhbərliyinə qayıdışı ilə xalqımızı fəlakətdən xilas etdiyini, onun dəmir iradəsi ilə Azərbaycanın dünyada nüfuzu artdığını bildirib. Hazırda Prezident İlham Əliyev Ulu Öndərin xarici və daxili siyasətini layiqincə davam etdirdiyi qeyd olunub.
Bildirilib ki, bütün ömrünü Azərbaycan xalqına həsr edən ümummilli lider Heydər Əliyevin hər bir sözü, onun açdığı yol bu gün gənclərimizin həyat amalına çevrilib. Heydərov Azərbaycan xalqının ağsaqqal sözünü daima uca tutduğunu və onların ətrafında sıx birləşdiyini bildirib.
Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev ağsaqqal insitutunun minillərin sınağından uğurla çıxdığını və xalqın ən çətin anlarında uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Çıxış edən digər ağsaqqallar rayon şuralarının fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirildiyini bildiriblər. Bu məqsədlə gənclər və yeniyetmələrdə vətənə məhəbbət hissinin aşılanması üçün vaxtaşırı ümumtəhsil məktəbləri, kolleclər və musiqi məktəblərində görüşlər keçirilir, ağsaqqalların örnək ola biləcək həyat yolu haqqında söhbətlər aparılır.Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən görüşdə ölkəmizdə yaşlı nəslə və gənclərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq bildirilib.Tədbirdə çıxış edənlər ölkəmizdə aparılan uğurlu islahatlardan danışıb, ümummili liderimiz Heydər Əliyevin iodeoloji kursunun cənab Prezident İlham Əliyev tərəfindən daha da uğurla icra ediləcəyindən bəhs edib və qarşıdakı seçkilərdə də hər bir gəncin bu inkişafa laqeyd qalmayacağını və düzgün seçim edəcəklərini vurğulayıblar.