Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Novruz sevinci” adlı layihə çərçivəsində səfərlər təşkil edilib.
18 mart 2020 | 16:00
17 mart tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi “Novruz sevinci” adlı layihə çərçivəsində UADM-in qeydiyyatında olan şəhid Alışov Səməd Anar oğlu, Dadaşov Zahir Fərrux oğlu, qaçqın və məcburi köçkün, tənha qadın, aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan ailələrə səfərlər təşkil edilmiş, bayram sovqatları verilmişdir. Layihənin keçirilməsinin səbəbi vətəndaşların sosial rifahının yüksəldilməsinə töhfə verməklə yanaşı, onların qayğı ilə əhatələnməsi və əlamətdar günlərdə aztəminatlı ailələrə bayram əhval- ruhiyyəsi yaşatmaqdır.