Novruz bayramı münasibətilə 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Sahil Şirinovun ailəsi ziyarət edilib.
19 mart 2020 | 16:00
Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova bir qrup əməkdaşla birlikdə 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Sahil Şirinovun ailəsinə baş çəkmiş, ailəyə bayram sovqatı çatdırmışlar.
Görüşdə ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs olunub. Bildirilib ki, Respublika Prezidenti İlham Əliyev başda olmaqla Azərbaycan hökuməti, onun bütün ölkə və yerli strukturları şəhid ailələrinin sosial qayğılarının təmin edilməsi üçün lazım gələn bütün tədbirləri görür. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.