Qəbələ rayonunda koronavirusa qarşı mübarizə tədbirləri həyata keçirilir.
24 mart 2020 | 16:00
Ölkəmizdə koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qəbul etdiyi qərar və tövsiyələrinə uyğun olaraq Qəbələ rayonu ərazisində, park və xiyabanlarda, küçə və səkilərdə, yaşayış binaları və onların ümumi istifadəsində olan həyətlərdə, uşaq meydançalarında və s. ərazilərdə sanitar-dezinfeksiya işləri davam etdirilir.