Rayonun bir neçə qəsəbə və kəndində dezinfeksiya tədbirləri həyata keçirilmişdir.
28 mart 2020 | 04:00
Koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədi rayonda sanitar-dezinfeksiya işləri davam etdirilir. 27 mart 2020-ci ildə Qəbələ Dövlət Peşə Tədris Mərkəzində, Bum qəsəbəsində, Həmzəli, Qəmərvan, Nohurqışlaq kəndlərində və 4 iaşə obyektində sanitar-dezinfeksiya işləri aparılmışdır. Eyni zamanda vətəndaşlarla infeksiyaya qarşı mübarizə aparmaq yolları barədə maarifləndirici söhbətlər aparılmış, karantin rejiminə ciddi riayət olunması tövsiyə olunmuşdur.