Rayon könüllüləri tərəfindən yaşlı sakinlərə gündəlik tələbat mallarının çatdırılması təmin edilmişdir.
28 mart 2020 | 16:00
Martın 28-də Qəbələ könüllüləri 65 yaşdan yuxarı tənha yaşayan sakinlərə baş çəkmiş, onlarla maarifləndirici söhbətlər aparılmış, sosial məişət problemləri ilə maraqlanmışlar. Ehtiyacı olan 14 nəfər tənha yaşlı vətəndaşa lazımi tələbat malları çatdırılmışdır.