Qəbələdə maarifləndirmə və dezinfeksiya tədbirləri davam etdirilir.
30 mart 2020 | 07:00
Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Qəbələ rayonunda təxirəsalınmaz, qabaqlayıcı tədbirlər davam etdirilir. Belə ki, bu gün Qəbələ şəhərində 2 küçədə, Qəbələ şəhər bazarında və Mirzəbəyli kəndində sanitar-dezinfeksiya işləri aparılmışdır.
Görülən tədbirlər çərçivəsində, Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan xüsusi qrupların üzvləri şəhərin prospekt və küçələrində, məhəllələrdə, kənd və qəsəbələrdə xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə sakinlər arasında təbliğat və maarifləndirmə işləri aparırlar.
Dezinfeksiya və maarifləndirmə işləri davam edir.