Dezinfeksiya və maarifləndirmə işləri davam etdirilir.
Qəbələ rayonunda koronavirus (COVİD-19) infeksiyasının qarşı qabaqlayıcı tədbirlər davam etdirilir. Bu gün Qəbələ şəhərində 1 prospektdə, 1 küçədə, 10 gündəlik tələbat malları mağazasında və ətraflarında sanitar-dezinfeksiya işləri aparılmışdır. Bu tədbirlər çərçivəsində, Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan xüsusi qrupların üzvləri şəhərin prospekt və küçələrində, məhəllələrdə, kənd və qəsəbələrdə xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə sakinlər arasında təbliğat və maarifləndirmə işlərini davam etdirirlər. Bunlarla yanaşı gün ərzində rayon könüllüləri yaşlı sakinlərə baş çəkir, onlarla təbliğat xarakterli söhbətlər aparır və lazımi ehtiyaçları ilə maraqlanırlar.