Maarifləndirmə işləri davam etdirilir.
01 aprel 2020 | 07:00
Bu gün Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan xüsusi qrupların üzvləri şəhərin prospekt və küçələrində, məhəllələrdə, kənd və qəsəbələrdə olmuşlar. Vətəndaşlarla təbliğat xarakterli söhbətlər aparılmış, zərurət olmadan əraziyə çıxmış vətəndaşların evlərinə getmələrini təmin etmişlər. Həmçinin gün ərzində rayon könüllüləri yaşlı sakinlərə baş çəkir, onlarla təbliğat xarakterli söhbətlər aparırlar. Onların lazımi ehtiyaçları ilə maraqlanmış, bir neçə yaşlı sakinə ərzaq mallarının çatdırılmasında köməklik etmişlər.