Qəbələ ərazisində koronavirusa qarşı dezinfeksiya işləri davam etdirilir.
01 aprel 2020 | 04:00
Bu gün rayon ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə xüsusi məhlulla prospekt və küçələr yuyulmuşdur. Qəbələ şəhərinin Heydər Əliyev prospektində, N.Nərimanov və 20 yanvar küçələrində, 6 yaşayış binasında və həyətlərində, 8 gündəlik tələbat malları mağazasında və kənarlarında, 2 aptekin giriş və çıxışlarında, 4 digər təyinatlı iaşə obyektində, Bum və Vəndam qəsəbələrində, Hacıalılı kəndində və 2 müəssisədə sanitar-dezinfeksiya işləri aparılır və hazırda işlər davam etdirilir.