Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon ərazisində dezinfeksiya və maarifləndirmə tədbirləri davam etdirilir.

01 aprel 2020 | 16:00

Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Qəbələ rayonunda təxirəsalınmaz, qabaqlayıcı tədbirlər davam etdirilmişdir. Bu gün rayon ərazisində H.Əliyev parkında, H.Aslanov küçəsində, 5 coxmənzilli yaşayış binasında və ətraflarında, 4 gündəlik tələbat malları mağazasının giriş və çıxışlarında, 2 aptekdə və kənarlarında, 3 digər təyinatlı iaşə obyektində, Nic qəsəbəsində və 3 müəssisədə sanitar-dezinfeksiya işləri davam etdirilir.
Görülən tədbirlər çərçivəsində, yaradılmış xüsusi qrupların üzvləri şəhərin prospekt və küçələrində, məhəllələrdə, kənd və qəsəbələrdə xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə sakinlər arasında təbliğat və maarifləndirmə işləri aparır, yaşlı vətəndaşların lazımi ehtiyaçları ilə maraqlanır, tələbat mallarının çatdırılmasında köməklik edirlər.
Dezinfeksiya və maarifləndirmə işləri davam etdirilir.

 

 

 

 

Keçidlər