Koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir.
04 aprel 2020 | 16:00
Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində rayon ərazisində 2 çoxmənzilli yaşayış binalarında və ətraflarında sanitar-dezinfeksiya işləri aparılmışdır. Bununla yanaşı Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan xüsusi qrupların üzvləri şəhərin prospekt və küçələrində, məhəllələrdə, kənd və qəsəbələrdə əhali arasında maarifləndirmə işlərini davam etdirirlər. Gün ərzində yaşlı sakinlərə baş çəkilir, onlarla təbliğat xarakterli söhbətlər aparılır, lazımi ehtiyaçları ilə maraqlanılaraq ərzaq mallarının çatdırılmasında köməklik göstərilir.