Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycanda vətəndaşların dini etiqad azadlığının təmin olunması üzrə həyata keçirilən tədbirlər müsbət bəhrə verir

03 oktyabr 2012 | 15:00

Qəbələ şəhərində dini icmaların rəhbərləri, din xadimləri, ilahiyyətçilər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər. Sonra Qəbələ şəhər məsçidinin yeni binasının inşası prosesi ilə tanışlıq olmuşdur.Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, Milli Məclisin deputatı Fəttah Heydərov, AMEA-nın həqiqi üzvü, akademik Teymur Bünyadov, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Qəbələ rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış etmişlər. Natiqlər ölkəmizdə dini etiqad azadlığının təmin olunmasına dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərildiyini bildirmişlər.
Qeyd olunmuşdur ki, bu gün ölkədəki tarixi tolerantlıq mühitinin, dini dözümlülüyün qorunub saxlanılması əsas məsələlərdən biridir. Ölkəmizdə tolerantlığa, dinlərarası münasibətlərin qorunub saxlanılmasına böyük əhəmiyyət verilir. Azərbaycan cəmiyyəti digər müsəlman ölkələri ilə müqayisədə daha tolerant və dünyəvidir. Bu isə xalqımızın və cəmiyyətimizin xüsusiyyətidir. Tarixə baxsaq, görərik ki, Azərbaycanda heç vaxt məzhəb qarşıdurması və radikalizm olmayıb. Bu, onu deməyə imkan verir ki, gələcəkdə də Azərbaycanda dini radikalizmin yayılması mümkünsüzdür.
Çıxışlarda dövlət-din münasibətlərinin daha səmərəli tənzimlənməsi, bu sahədə yerlərdə maarifləndirmə işinin təşkili, dini icmaların radikalizm meyllərinin qarşısının alınması məsələləri müzakirə edilmişdir. Dinlə bağlı məsələlərin həllində, əhalinin, xüsusilə də gənclərin maarifləndirilməsində belə tədbirlərin əhəmiyyətini yüksək qiymətlən natiqlər Azərbaycanda vətəndaşların dini etiqad azadlığının təmin olunması üzrə həyata keçirilən tədbirlərin müsbət bəhrə verdiyini bildirmiş, hazırda ölkə üzrə 1802 məscidin fəaliyyət göstərdiyini, eyni zamanda 550-ə yaxın pir və ziyarətgahın olduğunu qeyd etmişlər.
Yerli din xadimləri rayonda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərdən, məscidlərdə mömünlər üçün yaradılmış münbit şəraitdən, dini icmalara dövlət qayğısından danışmışlar. Bildirilmişdir ki, hazırda Qəbələdə 45 məscid, 24 dini icma fəaliyyət göstərir və 3 ziyarətgah mövcuddur. Gələcəkdə də bu cür görüşlərin keçirilməsinin vacibliyi qeyd edilmişdir.

Keçidlər