Qəbələdə vətəndaşların sağlamlığının qorunması məqəsdilə qabaqlayıcı tədbirlər davam etdirilir.
06 aprel 2020 | 16:00
Qəbələ rayonunda vətəndaşların sağlamlığının qorunması məqsədilə koronavirus (COVID-19) infeksiyasına qarşı təxirəsalınmaz, qabaqlayıcı tədbirlər davam etdirilmişdir. Bu gün rayon ərazisində H.Əliyev prostpektində, 4 gündəlik tələbat malları mağazasında və kənarlarında, 1 aptekdə, 2 digər təyinatlı obyektin ətrafında və 1 müəssisədə sanitar-dezinfeksiya işləri aparılmışdır. Görülən tədbirlər çərçivəsində, Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon könüllüləri tərəfindən tənha yaşayan yaşlı sakinlərə və aztəminatlı ailələrə baş çəkilmiş, ehtiyacı olan 5 aztəminatlı ailəyə və 10 nəfər tənha yaşlı vətəndaşa ərzaq yardımı edilmişdir.