Çox mənzilli yaşayış binalarında dezinfeksiya tədbirləri davam etdirilib.
07 aprel 2020 | 16:00
Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində rayon ərazisində 3 çoxmənzilli yaşayış binalarında və girişlərində sanitar-dezinfeksiya işləri aparılmışdır. Həmçinin Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon könüllüləri tərəfindən ehtiyacı olan 5 aztəminatlı ailəyə və 6 tənha yaşayan yaşlı sakinlərə ərzaq yardımı edilmişdir.