Rayon ərazisində mütəmadi olaraq dezinfeksiya işləri davam etdirilir.
11 aprel 2020 | 16:00
Qəbələ rayonu ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq sanitar-dezinfeksiya işləri davam etdirilir. Rayonun H.Əliyev prospektində, N. Nərimanov, 28 May, E.Kərimov, H.Aslanov, Z.Əliyeva və 20 Yanvar küçələrində sanitar-dezinfeksiya işləri davam etdirilmişdir. Həmçinin rayon icra hakimiyyəti tərəfindən ehtiyacı olan aztəminatlı ailələrə və tənha yaşayan yaşlı sakinlərə ərzaq yardımları edilib.