Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qremmi” mükafatçısı Yuri Başmetin çıxışı musiqisevərlərə unudulmaz anlar bəxş edib

07 avqust 2013 | 09:30

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ V Beynəlxalq Musiqi Festivalının proqramına uyğun olaraq avqustun 5-də “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin müşayiəti ilə “Atalar və oğullar” konserti təqdim olunub. “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, “Moskva solistləri” kamera ansamblının yaradıcısı, “Qremmi” mükafatı laureatı Yuri Başmetin rəhbərliyi ilə keçirilən konsertdə Moris Ravelin “Qaraçı qız”, Pablo Sarasatenin “Qaraçı nəğmələri”, Corc Bize-Rodion Şedrinin “Karmen süitası” və digər əsərlər səsləndirilib.Konsertdə tanınmış pianoçular–Nina Koqan, Viktoriya Korçinskaya-Koqan, Kseniya Başmet, skripkaçıları Daniel Milkis və Elvin Qəniyev çıxış edib.Həmin gün keçirilən kamera musiqisi axşamında klassik Avropa bəstəkarları Klod Debüssinin, Frans Pulenkin fortepiano üçün sonataları, eləcə də Frans Şubertin “Arpeggione” əsərindən parçalar təqdim edilib. Kamera musiqisi axşamında “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, “Moskva solistləri” kamera ansamblının qurucusu, “Qremmi” mükafatının sahibi Yuri Başmetin skripkada ifası tamaşaçılara unudulmaz anlar bəxş edib.

Keçidlər