Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda dezinfeksiyaedici tədbirlər və ərzaq yardımı davam etdirilir.

15 aprel 2020 | 04:00

Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Qəbələ şəhərində, eləcə də rayonun qəsəbə və kəndlərində mütəmadi olaraq zəruri qabaqlayıcı tədbirlər davam etdirilir. Bu gün rayon icra hakimiyyəti tərəfindən tərtib edilən qrafik əsasında Qəbələ şəhərinin Heydər Əliyev prospektində, Qəbələ Müalicə Diaqnostika Mərkəzinin ərazisində növbəti dezinfeksiya işləri aparılmışdır. Həmçinin rayon icra hakimiyyəti tərəfindən ehtiyacı olan aztəminatlı ailələrə və tənha yaşayan yaşlı sakinlərə ərzaq yardımları çatdırılıb.

Keçidlər